Logo sadə sözlə desək, yazı və şəkildən ibarət dizayn olub hər hansı bir şirkət və ya qurumu simvolizə edir. Yaxşı bir logo isə bir simvoldan daha artıq məna kəsb edir. Logo insanların sizin kim olduğunuzu, hansı işlə məşğul olduğunuzu və sizin dəyərinizi ifadə edir. Bəli, bu kiçik bir şəklin və ya ikonun nə qədər önəmli olduğunu göstərir. Logo dizayn adətən yazı, işarə və ya şəkil, rəng kimi elementlərdən ibarət olur. Logonun yazı hissəsini adətən şirkətin adı, bəzən də onun sloqanı təşkil edir. Yazının yeri və stili hər tərəfli şəkildə düşünülüb tətbiq edilməlidir. İşarəsi və ya şəkil dedikdə, logoda yer alan hər hansı bir şəkil və ya element nəzərdə tutulur. Rəng isə logonun effektini və təsirliliyini təmin edən ən vacib nüanslardan biridir.

Logo nə üçün lazımdır?

  • İlk növbədə onu qeyd etmək lazımdır ki, logo istənilən biznesə onu rəqiblərindən fərqləndirən unikal bir dəyərdir.
  • Logo biznesin potensial müştərilərlə ilkin kommunikasiyasında rol oynayır. Belə ki, logo sizin fəaliyyət göstərdiyiniz sahə, istehsal etdiyiniz məhsul və ya göstərdiyiniz xidmət, hədəf kütləniz və dəyərləriniz barədə məlumat ifadə edir. Məsələn, ətraf mühitə qayğı ilə yanaşan və davamlılıq prinsiplərinə əsaslanan şirkətlərin yaşıl rəng – təbiət rəngində logo seçməsi buna misal ola bilər.
  • Logo insanlar üzərində vizual təsir yaradaraq brendin tanınmasına kömək edir. Bu o deməkdir ki, insanların hər hansı biznesi yadında saxlaması və ya xatırlaya bilməsinə imkan yaradır.Necə ki, yaşıl rəng görəndə aptek, qırmızı rəng görəndə topaz yada düşür.

Loqoların hazırlanması üçün peşəkarların xidmətindən yararlanmaq, uğurlu bir logoya sahib olmaq və biznes məqsədlərinizə doğru uğurla addımlamağızın üçün olduqca vacibdir. Bu sahədə uzun müddətli təcrübəyə malik, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və qurumlara logolar hazırlamış əməkdaşlarımız sizin istəyinizə və biznesinizə ən uyğun logonun hazırlanması üçün hər zaman xidmətinizdədir.