Hostinq satışı son illərdə ölkəmizdə geniş istifadə olunan sahələrdəndir. Lakin hostinq satışı haqqında danışmadan öncə hostinqin nə olduğuna baxaq. Dünyada istifadə olunan və hər gün yeniləri yaradılan saytlar öz məlumatlarını internetdə yerləşdirmək və istənilən sayda istifadəçi sayına xitab etmək üçün internet bağlantısı çox sürətli və güclü bir kompüterə ehtiyac duyurlar. Bu kompüter Server adlanır. Serverin yaddaşında istənilən formatda faylları saxlamaq üçün ayrılmış yerə isə Hostinq deyilir.

Güclü texnologiya və peşəkar komanda ilə hazırladığımız saytlar ilə yanaşı sizə sürətli hostinq xidməti də təqdim edirik.Hosting xidmətlərində istifadə etdiyimiz server avadanlığı, bütün müştərilərimizin ehtiyaclarını qarşılayacaq səviyyədədir. Marka təchizatlar istifadə edərək, sistemin pozulma və problemlərin yaranmasını minimuma endirməyə çalışırıq. Saytlar həftəlik avtomatik olaraq backuplanır.

Bundan başqa sizə veb dizayndan başqa həmin dizaynın kodlaşdırılmasını da həyata keçirilməsi üçün Veb sayt sifarişi də təklif edirik.Yığdığımız saytların google,yandex və digər axtarış sistemlərində irəli səhifələrdə olması üçün SEO xidməti də təklif edirik.