“Kredital” MMC 2018-ci ildə fiziki şəxslər və fərdi sahibkarların eyni vaxtda bir neçə maliyyə qurumuna kredit müraciətlərinin edilməsinin asanlaşdırılması və effektivliyinin artırılması, həmçinin kredit məhsulları bazarının tələblərinin öyrənilməsi üçün ixtisaslaşmış peşəkar fəaliyyət göstərin şirkət kimi  dövlət qeydiyyatından keçmişdir. Bazarın ən qabaqcıl və aktiv iştirakçıları ilə əməkdaşlıq edən şirkətimizin əsas hədəfi şirkətimizə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət təklif etmək, onlara real fayda gətirəcək fəaliyyət göstərməkdir. Şirkətimiz öz fəaliyyəti ilə kredit məhsulları bazarında müştəri tələblərinin öyrənilməsi və məhsulların müştərilərin tələblərinə uyğun formalaşması üçün lazımı bazanın formalaşmasını təmin etmək niyyətindədir.