Azərbaycanda ilk dəfə internet üzərindən onlayn formada 2020-ci ildən fəaliyyətə başlayan klinikamız, müasir tibbin bütün ixtisaslarını bir araya toplayaraq, dünyanın istənilən yerindən və olduğunuz yeri tərk etmədən xidmətlərimizi sizin üçün əlçatan etdi. Səhhətinizdə yaranmış şikayətlərin həlli yolu,  faktiki olaraq Almaniyada yaşayan və peşə fəaliyyətini Almaniyanın ən qabaqcıl klinikalarında davam etdirən həkimlərimizə həvalə olunub. Xidmətlərimiz içində həm terapevtik həm də cərrahiyyə sahəsini əhatə edən tibbi ixtisaslar yer almaqdadır. Sayt istifadəçilərinə həkimlərimiz haqqında, onların təcrübə və həyat yolu, elmi nailiyyət və göstəriciləri barədə geniş məlumat almaq imkanı yaradılıb. Almaniyada uzun təcrübə yolu keçən və ixtisasına uyğun olaraq artıq mütəxəssis, baş mütəxəssis dərəcələrini almış azərbaycanlı həkimlərimiz öz xalqına xidmət etməkdən qürur hissini bildirir.

Keyfiyyətimizlə yanaşı, xidmət komfortunu ön planda saxlamaq əsas strategiyamızdır. İş prinsipinə istinad etdiyimiz  Teletibb  və ya "Telemedicine" müasir tibbi texnologiyanın bir hissəsi olmaqla, həkim və xəstə arasında telekommunikasiyanı təmin edir. Bu xidmət forması uzaq distansiyalardan fikir mübadiləsi, müayinə məlumatlarının sürətli ötürülməsi, oxunması, habelə qarşılıqlı yoluxma riskini sıfıra endirən üstünlükləri ilə səciyyələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  çağırışları ilə bərabər, inkişaf etmiş ölkələrin də səhiyyə strukturunda geniş tətbiq olunan bu metod həm epidemiya şəraitində, həm də normal vəziyyətdə tibbi xidmət keyfiyyətinin artırılmasını təmin edir. Teletibbin məsafədən tibbi yardım göstərmək xüsusiyyətinə malik olması, hər zaman, hər yerdə və istənilən şəraitdə pasiyentlərə lazımi informasiyanın çatdırılması, tibbi dəstəyin verilməsi, habelə ikinci həkim rəyinin formalaşdırılması üçün onu əvəzolunmaz bir vasitəyə çevirir.